AZ

Ərdoğanın apardığı siyasət Türkiyəni beynəlxalq güc yolunda inamla irəlilədir



Türkiyədə Milliyyətçı Hərakat Partiyasının sədri Dövlət Baxçalı dövlət çevrilişinə cəhd olunduğunu qeyd edib. Polislərdən ibarət bir qrup bu istiqamətdə fəaliyyət göstərib.
Prezident Ərdoğanın apardığı siyasət Türkiyənin beynəlxalq güc yolunda inamla irəliləyir. Ankaranın müstəqil siyasəti və hərbi sənayesini inkişaf etdirməsi onun hədəfə gəlməsinə gətirib çıxarır. Bu çevrilişin arxasında FETÖ olduğu istisna edilməməlidir. FETÖ sıradan tam çıxarılmayıb. Bir neçə ölkədə və Türkiyənin özündə hücrələri fəaliyyət göstərir.
Türkiyə ordusunda FETÖ ilə bağlı ciddi təmizləmə oldu. 2016-ci ildə ordunun çevriliş cəhdini polis qarşısını aldı. Görünür, FETÖ polis sistemində iş aparmağı hədəfləyib. FETÖ rəhbəri Fətullah Gülən ABŞ -dir və fəaliyyətini davam etdirir. Türkiyədə polisdə ciddi təmizləmə işləri həyata keçiriləcək.
Türkiyənin Şimali İraqda PKK qarşı planlaşdıran geniş miqyaslı hərbi əməliyyatlar öncəsi çevriliş cəhdi bu əməliyyatın qarşının alınmasına yönəlib. Qeyd edim ki, 2016-ci ildə çevriliş vaxtı Türkiyə Şimali Suriyada anti-terror əməliyyatı planlaşdırırdı. İndiki çevriliş cəhdi Türkiyənin terror təşkilatlarina qarşı hərbi əməliyyatların qarşısını almasına yönəlib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
newscenter.az

1Mənbələr