AZ

Biləsuvarda ağır qəza - Ölən və yaralananlar var

Bakı. Trend:

Biləsuvar rayonunda ağır qəza baş verib.

Trend xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə yolunun Ağayrıkəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı yük maşını ŞahmarMehtiyevin idarə etdiyi "Ford" markalı mikroavtobusa çırpılıb. Qəzanəticəsində yol istismar idarəsinə məxsus olan "Ford" markalımikroavtobusda olan sərnişin, idarənin əməkdaşı ölüb.Mikroavtobusda olan 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətlərialıblar.

Yaralılar rayon xəstəxanasına çatdırılıblar. Hazırda onlarınşəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
az.trend.az

1Mənbələr