AZ

Pakistan Əfqanıstanla sərhədi bağladı

Pakistan nəzarət-buraxılış məntəqələrinə hücumlardan sonra Əfqanıstanla Cənubi Vəziristanda (şimal-qərbdə, Hayber Paxtunxva əyaləti)  sərhədini bağlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.

Sərhəd mayın 13-də Əfqanıstanın Xost, Paktiya və Nanqarhar əyalətləri ilə həmsərhəd olan Kurram bölgəsində Pakistanın nəzarət-buraxılış məntəqələrinin atəşə tutulmasından sonra yaranmış gərgin vəziyyətə görə bağlanıb.

Ağır silahlardan istifadə edilməklə həyata keçirilən hücum nəticəsində 4 Pakistan təhlükəsizlik işçisi yaralanıb. 

Humay İSGƏNDƏRLİ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
redaktor.az

1Mənbələr