AZ

Mediasiya Şurasının sədri: "Qərb dövlətlərinin mübahisə predmetləri ilə müqayisədə bizim sistemimiz daha mürəkkəbdir"

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, "Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər" mövzusunda Sosial Tədqiqatlar Mərkəzində keçirilən konfransda, Qərb dövlətlərinin məhkəmə və mediasiya sistemlərinin Azərbaycanla müqayisədə daha rahat olduğunu vurğulayıb.

QHT.az xəbər verir ki, o, bildirib ki, Qərbdəki mübahisələr əsasən uşağın təhsili və böyüməsi ilə əlaqəli olduğu halda, Azərbaycanda ənənəvi ailə mübahisələri daha mürəkkəb və təhlükəlidir. Adilov, ailə münaqişələrinin həllində tədqiqat əsaslı strategiyaların vacibliyini qeyd edib: "İstər məhkəmə sistemi olsun, istər mediasiya sistemi olsun Qərb dövlətlərinin işi bizdən qat-qat rahatdır. Nəyə görə? Bizdə olan mübahisə predmetləri ilə onlarda olan mübahisə predmetləri arasında 180 dərəcə fərq var. Oradakı mübahisə predmetləri nədən ibarətdir? Nigaha xitam verilir, mübahisə uşağın hansı məktəbdə oxuması, təhsil haqqının kim tərəfindən verilməsi, məktəbə kim tərəfindən aparılıb- gətirilməsi, gələcəkdə hansı universitetdə oxuyacağı və s. biz qanunda uşağın üstün hüquqlarından danışırıqsa, söhbət predmet fokuslanır uşağa, uşağın böyüməsinə. Bizdə çox təəssüf ki, bəlkə də ənənənədən qalan bir mübahisə olan ailə mübahisələrində bu çox böyük təhlükə yaradır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
qht.az

1Mənbələr