AZ

Blinken: "Ukrayna münaqişənin kritik mərhələsindədir"

Ukrayna münaqişənin kritik mərhələsindədir. "Yeni Azərbaycan" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken mayın 14-də Kiyevə səfəri zamanı bəyan edib, onun çıxışı Dövlət Departamenti tərəfindən YouTube-da yayımlanıb.

“Biz ABŞ və Ukrayna hakimiyyəti kritik anda görüşürük. Rusiya Ukraynada, Xarkovda və Şərqdə növbəti hücum əməliyyatını həyata keçirir”, - deyə Blinken  bildirib.

Diplomat vurğulayıb ki, gələcək həftələr və aylar ukraynalılardan çox səy tələb edəcək.

Xatırladaq ki, bundan əvvəl Blinkenin Kiyevə qəfil səfərinin səbəbi məlum olub. Diplomat Vaşinqtonun gələcək dəstəyinə sadiqliyini ifadə etmək üçün Ukraynaya gəlib. 


Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Mənbələr