AZ

Kiyevin itirilmiş əraziləri qaytaracağı ehtimalı sadəlövhlükdür -Çexiya prezidenti

Çexiya prezidenti Petr Pavel Ukraynada hərbi əməliyyatları dayandırmağa və müharibədən sonrakı sistemlə bağlı danışıqlara başlamağa çağırıb. Bu barədə Britaniyanın Sky News telekanalı məlumat yayıb.

O, Ukraynanın yaxın gələcəkdə itirilmiş ərazilərini geri qaytara biləcəyi ehtimalını “sadəlövhlük” adlandırıb. Prezident insanları realist olmağa çağırıb. Pavelin nöqteyi-nəzərindən münaqişə tərəfləri danışıqlar zamanı kompromis əldə etməlidirlər.

Pavel NATO-nun Ukraynada öz kontingentini yerləşdirə bilməyəcəyini də iddia edib. Çünki bu, Rusiya ilə Şimali Atlantika Alyansı arasında münaqişəyə səbəb olacaq. Çexiya prezidenti qeyd edib ki, Kiyevə silah tədarükü eskalasiyanın qarşısını alacaq şəkildə həyata keçirilir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
news365.az

1Mənbələr