AZ

Şəki-Zaqatala bölgəsi üzrə monitorinqlərdə 16 mindən çox şagird iştirak edəcək

Şəki-Zaqatala

Şəki, 15 may, Mustafa Dadaşov, AZƏRTAC

Mayın 18-19-da ümumi təhsil müəssisələrinin IV və VI sinif şagirdləri üçün keçiriləcək monitorinqlərdə Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə, ümumilikdə, 16 min 463 şagirdin iştirakı nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.

Qurumun əməkdaşı bildirib ki, monitorinqlərdə IV siniflər üzrə 8 min 168, VI siniflər üzrə isə 8 min 295 şagird iştirak edəcək. Monitorinqlər ümumi təhsil müəssisələrinin IV siniflərində tədris dili və riyaziyyat, VI siniflərində isə tədris dili, riyaziyyat və təbiət fənləri üzrə təşkil olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
azertag.az

1Mənbələr