AZ

Kevin De Bruyne İngiltərə Premyer Liqasında rekordu təkrarlayıb

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Kevin De Bruyne Sesk Fabreqasın Premyer Liqadakı rekordunu təkrarlayıb.

"Report" "Opta"ya istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi buna "Tottenhem"ə səfərdə 2:0 hesabı ilə qalib gəldikləri XXXIV turun matçında məhsuldar ötürmə verməklə nail olub.

O, cari çempionatda 10 assistlə yadda qalıb. Beləliklə, 32 yaşlı futbolçu ardıcıl 6 Premyer Liqa mövsümündə ən azı 10 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Sesk Fabreqas İngiltərədə "Çelsi" və "Arsenal"ın formasını geyinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
4
report.az

5Mənbələr