AZ

“Nazirə dedim ki, özünü bu məddahlardan qoru...” - Şeyx Əbdül

“Təbrikiniz və diqqətiniz üçün çox sağ olun. Bu gün səksən yaşım tamam olur. Orxan Fikrətoğlu da zəng vurmuşdu və bildirdi ki, mənim məsələmə görə onu Mədəniyyət Nazirliyinə çağırıblar. Biz bir neçə dəfə Mədəniyyət nazirimiz hörmətli Adil Kərimli ilə görüşmüşük və mənə çox diqqət göstərib”.

Bunu Bakupost.az -a açıqlamasında Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov deyib.

O qeyd edib ki, kino adıyla, yalandan hökumət tədbiri ilə gözə girənlərin heç birinin bu kini, xalq və dövlətə aidiyyatı yoxdur:

"Yaltaq, məddah qrupudurlar. Adil müəllimə demişəm ki, özünü bu məddahlardan qoru. Əlisəttar Atakişiyevdən, Cəfər Cabbarlıdan üzü bəri baxın, görün, onların hansı birinin avtobioqrafiyası mənim avtobioqrafiyam qədər zəngindir, mənim qədər iş görüblər və onda mənə deyin ki, danışma. Amma bu nə yanaşmadır, münasibətdir, bilmirəm”.


Şeyx Əbdül bu yaşa qədər həyatda hədər yaşamadığını bildirib:

“Hər şey insanın öz ruhuyla, işiylə və bir də ki, ailəsiylə bağlıdır. Allaha şükür, qohum-əqrəba, balalar hamısı öz yerində, ailədə heç bir söz-söhbət yoxdur, nazımı çəkirlər. Ona görə Allahımdan razıyam. Çox yaxşı bir ailədə dünyaya gəlmişəm və bu da Allahın yazısıdır. Özüm də həmişə çalışmışam ki, ailəmin adına, şanına-şöhrətinə xələl gətirməyim. Allah mənə səksən il ömür və hər şey verib”.

Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
8
bakupost.az

10Mənbələr