AZ

Bütün Yunanıstan bu görüşü müzakirə edir: “Nə qazandıq, nə də uduzduq”

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Yunanıstanın baş naziri Kiriakos Mitsotakisi qəbul edib. Bu görüş Yunanıstan mətbuatına və siyasətinə müsbət təsir bağışlayıb.

Publika.az xəbər verir ki, Yunanıstanın xarici işlər naziri Yorqos Qerapetritis dövlət televiziyası ERT-yə verdiyi açıqlamada Mitsotakisingörüşünün nəticələrindən məmnun olduğunu bildirib.

Ölkənin iki aparıcı qəzeti “Kathimerini” və “Ta Nea” görüş xəbərini “Sabit dövrdə fikir ayrılıqları da davam edir” və “Nə qazandıq, nə də uduzduq” başlıqları ilə yayıb.

Qerapetritis iki liderin son 10 ayda 4 dəfə görüşdüyünü vurğulayıb: “Biz hər iki tərəfin marağında olan məsələləri prioritetləşdiririk. Türkiyə ilə fikir ayrılıqlarımıza baxmayaraq, səmimi və qarşılıqlı anlaşmaya əsaslanan dialoqu davam etdiririk".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
publika.az

1Mənbələr