AZ

Sky: Çexiya Prezidenti Ukraynada hərbi əməliyyatların dayandırılmasını zəruri hesab edir



Çexiya prezidenti Petr Pavel Sky News telekanalına müsahibəsində Ukraynada hərbi əməliyyatların dayandırılması və müharibədən sonrakı sistemlə bağlı danışıqlara başlanmasının tərəfdarı olduğunu deyib.
“Müharibəni dayandırmaq və gələcək [müharibədən sonrakı] sistemin müzakirəsinə başlamaq lazımdır”, – deyə prezident Ukraynanın indi Rusiya Federasiyası ilə danışıqlara başlamalı və hərbi əməliyyatları dayandırmalı olub-olmaması sualına cavab verərkən deyib.
Pavel Kiyevin yaxın gələcəkdə Rusiya Federasiyasının işğal etdiyi əraziləri geri qaytara biləcəyi fikrini “sadəlövh” hesab edir. "Biz realist olmalıyıq" dedi. Onun sözlərinə görə, münaqişə tərəfləri hərbi əməliyyatlar dayandırıldıqdan sonra danışıqlar zamanı vəziyyətin həllində kompromis əldə etməlidirlər.“Güzəşt olmalıdır, lakin Ukrayna, Rusiya və bu sazişin təminatçısı olacaq ölkələrin razılığı olmadan olmaz”, - deyə prezident bildirib.
O qeyd edib ki, NATO Ukraynada əsgər yerləşdirə bilməz. Bu, Rusiya ilə Şimali Atlantika Alyansı arasında münaqişə demək olardı.

"Avropada heç kim bu münaqişəni istəmir" dedi Pavel.
Onun sözlərinə görə, Qərb silahlarının Ukraynaya tədarükü elə həyata keçirilir ki, daha da gərginləşməməsin. Onun sözlərinə görə, onlar Ukrayna Silahlı Qüvvələrinin qarşısında duran problemləri həll etmək üçün kifayətdir.

"Biz tədarükləri həyata keçirərkən çox ehtiyatlıyıq. Biz eskalasiya riskini qiymətləndirməliyik", - Çexiya lideri bildirib.O, münaqişənin davam edəcəyi təqdirdə Kiyevin uğursuzluğa düçar ola biləcəyini istisna etməyib.

Çexiya liderinin sözlərinə görə, Ukrayna münaqişə bitdikdən sonra NATO-ya üzv olmaq üçün müraciət edə bilər.

“Biz [münaqişənin] həllinə, regionda sülhün bərqərar olunmasına gəlməliyik və ondan sonra Ukraynanın potensial üzvlüyü barədə danışa biləcəyik”, - deyə prezident bildirib.

aia.az
Tərcümə şöbəsi



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
18
aia.az

10Mənbələr