AZ

Yeni qərar əlillik dərəcələrinin verilməsinə necə təsir göstərəcək?

"Nazirlər Kabineti “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə qərar qəbul edib. Qiymətləndirmə göstərir ki, son qərar əlillik dərəcələrinin verilməsini asanlaşdıracaq".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, müddət gözlənilmədən göndəriş (forma 88) verilməsinə əsas verən xəstəliklərin sayı 73-ə çatdırılır:

"Bu qəraradək siyahıda yalnız 5 xəstəlik var idi. Bu o deməkdir ki, müddət gözlənilmədən göndəriş verilməsinə əsas verən xəstəliklərin siyahısına 68 xəstəlik əlavə olunur. Deməli, səhəttində bu xəstəliklərdən hər hansı biri müəyyən olunan vətədanşlarımız üçün müddət gözlənilmədən göndərişlər veriləcək. Belə ki, bu qəraradək həkim-məsləhət komissiyaları tərəfindən əlilliyinin qiymətləndirilməsi məqsədilə göndərişlərin rəsmiləşdirilməsi üçün minimum 6 ay müalicə müddəti tələb olunurdu. Artıq həmin xəstəliklər üzrə bu müddətə ehtiyac olmayacaq. Müddət gözlənilmədən forma 88 rəsmilləşdiriləcək".

Deputat qeyd edib ki, digər mühüm məqam əlilliyin qiymətləndirilməsi məqsədilə təkrar müraciət zamanı xəstəliyin klinikası nəzərə alınmaqla minimal müalicə müddətlərinin müəyyən olunmasıdır: "Bununla yanaşı, göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərar artıq dərhal qəbul ediləcək. Əvvəllər bunun üçün 3 gün müddət müəyyənləşdirilmişdi. Bütövlükdə, yeni qərar əlillik dərəcələrinin verilməsi proseduralarını azaltmaqla yanaşı bu sahədə əlçatanlığı artıracaq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
185
50
unikal.az

10Mənbələr