AZ

Nazir müavini: "Rəqəmsallaşma istiqamətində 500 KOB subyektini dəstəkləyirik"

Azərbaycanda rəqəmsallaşma istiqamətində 500 kiçik və orta biznes subyekti dəstəklənir.


“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında deyib.


O bildirib ki, rəqəmsallaşma Azərbaycanda iqtisadi inkişafa töhfə verən mühüm amildir: "Bu, xidmətlər və məlumatlara çıxış əldə etməyə imkan yaradır. Biz rəqəmsallaşma sahəsində fəaliyyəti genişləndirməyə, bir çox xidmətlərin əlçatanlığını təmin etməyə çalışırıq. Bununla bağlı biznes subyektlərinə dəstək olmaq istiqamətində də işlər görülür".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
report.az

2Mənbələr