AZ

Sportnet.az 10 yaşında!

Bu gün Sportnet.az saytının fəaliyyətə başlamasından 10 il ötür. 2014-cü il mayın 15-də İdman Araşdırmalar Mərkəzinin layihəsi kimi oxucularla görüşə gələn saytımız bütün idman növləri üzrə ölkədə və dünyada baş verən mühüm olaylar barədə xəbər və reportajlar hazırlayıb, müxtəlif mövzularda müsahibələr, araşdırmalar, təhlillər təqdim edib. 
 
10 illik yol qət etməyimizin arxasında saytımızla əməkdaşlıq edən şəxslərin gərgin əməyi durur. Məhz onların sayəsində öz dəst-xəttimizlə seçilməyə müvəffəq olmuşuq. 
Belə xoş gün münasibətilə hazırda Sportnet.az-da çalışan, əməkdaşlıq edən və indiyədək saytımızın uğurları üçün çalışmış bütün həmkarlarımıza bir daha təşəkkürümüzü bildirir, onları və sadiq oxucularımızı təbrik edirik...

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
sportnet.az

1Mənbələr