AZ

“Vətən müharibəsində parlaq Qələbəni qazanan bir xalqın öz “Milli Ailə günü”olmalıdır” - Zahid Oruc

“30 ildən sonra qazandığımız parlaq Qarabağ Zəfəri ilk növbədə, “qaçqın və məcburi köçkün ailələr” məfhumunu tarixə qovuşdurmaqla, gələcəkdə öz doğma torpaqlarında doğulub böyüyən, öz isti evini, ocağını və şəxsi həyatını qurub-yaradan, bir daha o yurdları tərk etməyən azərbaycanlı ailələr deməkdir”.


Missiya.Az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, millət vəkili Zahid Oruc deyib. 


O, bildirib ki, əslində Vətən müharibəsində parlaq Qələbəni qazanan bir xalqın öz “Milli Ailə günü”olmalıdır: “Çünki hərbi uğurumuz həm də ailə institutunun güclənməsi və möhkəmlənməsi deməkdir. Ölkəmizin müdafiə qabiliyyətini formalaşdıran, müasir hərbi texnologiyaları hərəkətə gətirən və sosial rifahı təmin edən qüvvə məhz ailə təsisatıdır. Onun sarsılmazlığı, bütövlüyü və müqəddəsliyi sərhədlərinin qorunması qədər vacibdir”.



Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
missiya.az

1Mənbələr