AZ

ÜST Avropada ürək-damar xəstəlikləri riskinin yüksək olduğu barədə xəbərdarlıq edir

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Avroparegionunda əksər insanlar həddindən artıq çox duz istifadə edir və30-79 yaş arası hər üç yetkin şəxsdən biri hipertoniyadan, yəniyüksək qan təzyiqindən əziyyət çəkir.

Trend xəbərverir ki, bu barədə ÜST-nin Avropa Regional Bürosunun "Duzla vəhipertoniya ilə mübarizə" mövzusunda hesabatında deyilir.

Məlumata əsasən, yüksək duz qəbulu infarkt və insult kimiürək-damar xəstəlikləri (ÜDX) riskinin əsas faktoru olan qantəzyiqini artırır.

"ÜDX Avropa regionunda əlilliyin və erkən ölümün əsas səbəbidir.Belə ki, hər il ölüm hallarının 42,5 faizdən çoxu buna görə başverir. Bu, o deməkdir ki, hər gün 10 min nəfər bu səbəbdən ölür.Regionda kişilər arasında ÜDX səbəbindən ölüm ehtimalı qadınlarlamüqayisədə təqribən 2,5 dəfə yüksəkdir. Həmçinin, coğrafi fərqlilikdə mövcuddur - Şərqi Avropada və Mərkəzi Asiyada cavan yaşda (30-69yaş) ÜDX səbəbindən ölüm ehtimalı Qərbi Avropa ilə müqayisədətəqribən 5 dəfə yüksəkdir", - hesabatda deyilir.

ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Henri P.Klyugeqeyd edib ki, ÜDX və arterial hipertenziyanın mühüm dərəcədəqarşısı alına və nəzarət oluna bilər.

"Hər il xüsusən ÜST regionumuzun şərq hissəsində ilk növbədəkişilər arasında olmaqla, dörd milyon nəfər ÜDX səbəbindən vəfatedir. Faktlar belədir, lakin biz bunu dəyişə bilərik. Biz nəyin işəyaradığını bilirik, lakin zaman keçdikcə faktiki məlumatlaraəsaslanan yanaşmaları tətbiq edə bilmirik ki, bu da qarşısı alınabilən ölüm hallarının qeyri-məqbul dərəcədə yüksək səviyyəsi ilənəticələnir. Duzdan istifadənin 25 faiz azaldılması üzrəməqsədyönlü siyasətin həyata keçirilməsi qiymətləndirmələrə görə,2030-cu ilədək 900 min insan həyatını ÜDX-dən xilas edə bilər", - odeyib.

Bundan başqa, tədqiqatda qeyd olunur ki, Avropa regionununtəqribən bütün ölkələrində (53 ölkədən 51-də) duzun gündəlikistifadəsi ÜST tərəfindən tövsiyə olunan maksimum səviyyədəngündəlik 5 qram (təqribən 1 çay qaşığı) çoxdur.

"Yüksək qan təzyiqi Avropa regionunda ölüm hallarının vəəlilliyin aparıcı risk faktoru olmaqla, ölüm hallarının təqribəndörddə birinə və əlillik hallarının 13 faizinə səbəb olur. Bu, birqayda olaraq, simptomsuz gedişata malik olur və nəzarət olunmadığıtəqdirdə ürək tutmaları və insult kimi potensial olaraq məhvedicitəsirlərə malik ola bilir. Dünyada arterial təzyiqin ən yüksəkyayılma səviyyəsi Avropa regionunda qeydə alınıb", - deyə ÜST-dənbildiriblər.

Beləliklə, ÜST-ün yeni məruzəsində qeyd olunur ki, mütləqsiyasət çərçivəsində qida məhsullarının tərkibində duzun miqdarıüzrə məhdudiyyətlər müəyyən edilməli və dəqiq markalanma tələbolunmalı, eləcə də ictimaiyyətin duz qəbulunu azaltmaq barədəmaarifləndirilməsi üzrə kampaniyalar aparılmalıdır. Tərkibindəyüksək miqdarda duz olan məhsullardan gəlir əldə edən qidasənayesinin mübarizəsinə baxmayaraq, bu tədbirlər ictimai səhiyyəüçün həlledici əhəmiyyət kəsb edə və insan həyatlarını xilas edəbilər.

Eyni zamanda, arterial hipertenziyanın səmərəli müalicəsistandartlaşdırılmış müalicə protokolları, əsas dərman vasitələrinəçıxış imkanının yaxşılaşdırılmasını və yerli şəraitəuyğunlaşdırılmış rahat təlimatların mövcudluğunu tələb edir.Pasiyentlərin bilik səviyyəsinin artırılması və pasiyentyönümlüqulluğun prioritetləşdirilməsi müalicəyə sadiqliyi yaxşılaşdırabilər. Gender aspektlərini nəzərə alan siyasətlərin həyatakeçirilməsi arterial hipertenziyanın aşkarlanması və nəzarətindəqeyri-bərabərliyi aradan qaldıra bilər. Təchizat zəncirinindayanıqlılığının artırılması təxirəsalınmaz hallarda fasiləsizmüalicəni təmin edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
az.trend.az

2Mənbələr