AZ

Aygünə sevgisini duetlə bildirdi - Video

Xalq artisti Aygün Kazımova türkiyəli müğənni-bəstəkar Genco Ecerlə olan layihəsini təqdim edib.

Teleqraf.com xəbər verir ki, “Maşallah” adlı mahnı DMC musiqi şirkəti imzası ilə dijital platformalarda yer alıb.

Söz və musiqisi Gencoya aid olan mahnının rejissorluğu Selim Akara həvalə olunub.

Bu layihənin reallaşmasının əsas səbəbkarı Gencodur. Belə ki, işbirliyi ilə bağlı təklif ondan gəlib. Duet haqda açıqlama verən türkiyəli sənətçi bu mahnını yazarkən Aygün Kazımovadan ilhamlandığını bildirib.

"Maşallah"ın klipi İstanbulda Beykoz Kundura fabrikində 40 nəfərdən ibarət heyət tərəfindən çəkilib. Aygün Kazımova ekran işində bir neçə obraz yaradıb. Ən fərqli və kreativ obrazlardan biri isə Pop divanın ultra uzun hörüklərlə lentə alınan səhnəsi olub. Bu obrazın hazırlanmasına saatlar sərf olunub.

Mahnı işıq üzü görmədən TikTok-da viral olub. Belə ki, bəstədən yayılan bir neçə saniyəlik parçaya sözügedən platformada qısa vaxtda minlərlə videolar çəkilib.

A.Kazımova layihədə dəstəyə görə dünyaşöhrətli modelyer, dostu Rüfət İsmayıla təşəkkür edib.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
teleqraf.com

1Mənbələr