AZ

“Texniki təchizatdan başqa, hüquqi əsaslar da təkmilləşdirilir ki, məktəbləri, ali təhsil, elm müəssisələrini elektron sistemlə idarə edə bilək”

Məktəblər təhsil şəbəkəsinə qoşulur, müəllimlərin Azərbaycan dilində olan tədris resurslarına çıxış imkanları sürətlənir, şagirdlərin hər 12 nəfərinə bir kompüter düşür.
 
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində məktəblərdə şagirdlər və müəllimlər üçün yaradılan texniki imkanlardan, valideynlərin həmin imkanlardan istifadə edərək övladının akademik göstəricilərini izləməsindən, bir sözlə, təhsildə və elmdə son texnoloji yeniliklərdən, islahatlardan danışdı. Ənənəyə sadiq qalaraq, söhbətimizə infrastrukturdan başladıq:
 
Müasir texnologiyanın məktəblərə daxil olma sürəti artıb
 
- Hər islahatın başında şərait durur. Məktəblərdə şərait müasir texnologiyanın tətbiqini dəstəkləyir, yoxsa əksinə, onu ləngidir?
- İnfrastrukturun qurulması istiqamətində son illər ərzində ciddi tədbirlər görülüb. Pandemiyadan sonra təhsil sisteminin informasiyalaşdırılması üçün ən vacib olan kompüter təchizatına edilən sərmayə hesabına hər il 40 min kompüter alıb məktəblərə paylayırıq və bunun sayəsində kompüter təminatını yaxşılaşdırmışıq. 
Nəticədə 2020-ci ildə 33 şagirdə 1 kompüter düşürdüsə, hazırda bunu 12 uşağa bir kompüter nisbətinə endirmişik. Bu dinamika ilə getsək, 2026-cı ilə qədər 6 şagirdə 1 kompüter nisbətinə çata bilərik. Bu nisbət uğurlu təhsil sistemlərində olan nisbətdir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
220
tehsilforumu.az

1Mənbələr