AZ

Göyçaydakı “zibil seli” müzakirələrə səbəb oldu – Video


Sosial şəbəkələrdə Göyçay rayonu ərazisində selin gətirdiyi tullantıların görüntüləri yayılıb.
Yeniavaz.com
xəbər verir ki, rayonun Qarabaqqal kəndində qeydə alınan görüntülər müzakirələrə səbəb olub.
Kadrlarda tullantılardan sel sularının görünmədiy, həmçinin tonlarla məişət tullantısının sel suları ilə birlikdə axması əks olunub. İstifadəçilər görüntüləri daha çox “zibil seli” başlığı ilə yayıblar.

Məsələ ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətindən Yeniavaz.com-a bildirilib ki, 3 may 2024-cü il tarixdə Göyçay rayonu ərazisində yağan güclü yağışlar nəticəsində rayonun Qarabaqqal kəndinin dağlıq ərazisində yerləşən məişət tullantıları poliqonunu sel suları basıb:
“Nəticədə poliqonda toplanmış məişət tullantıları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Qarabaqqal kəndinin ərazisinin keçən hissəsində toplanıb”.
Qeyd olunub ki, hazırda rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri ilə birlikdə əraziyə texnika cəlb edilərək müvafiq tədbirlər görülür.
İcra Hakimiyyətindən sözügedən tullantılarla bağlı məsul qurumun daha əvvəl niyə tədbir görmədiyi ilə bağlı sualımıza cavab verilməyib.
Xatırladaq ki, bir müddət əvvəl rayon sakini Səmədov Məhəmmədəli redaksiyamıza müraciət edərək Qarabaqqal kəndi ərazisindəki zibil poliqonunda qalaqlanmalar olduğunu bildirmiş və aidiyyəti qurumların məsələ ilə bağlı tədbir görmədiyini qeyd etmişdi.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
1
yeniavaz.com

2Mənbələr