AZ

Zahid Oruc: Azərbaycan xalqının Zəfərinin əsasında məhz möhkəm ailə dəyərləri dayanır

Zahid

Bakı, 15 may, AZƏRTAC

BMT-nin Baş Assambleyası 1993-cü ildə 15 may tarixinin Beynəlxalq Ailə Günü kimi təsis edilməsinə qərar verib və həmin gündən 31 il keçir. Böyük mənəvi ideoloji dəyəri olan ailə məfhumu, ailə dəyərləri zəngin ənənələrə malik olan Azərbaycanda diqqətdə saxlanılır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər" mövzusunda mayın 15-də keçirilən konfransda səsləndirib.

STM-in İdarə Heyətinin sədri bildirib ki, Ulu Öndər Heydər Əliyev ailənin cəmiyyətdəki rolunu xüsusi qiymətləndirərək ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayırdı.

Azərbaycan cəmiyyətində ailəyə verilən dəyərdən və ailə məsələləri ilə bağlı həssaslıqdan, ənənələrə sadiqlikdən, eyni zamanda, yeni tendensiyalardan danışan Z.Oruc deyib: “Minillik azadlıq arzularını reallaşdıran xalqımızın Zəfərinin əsasında məhz möhkəm ailə dəyərləri dayanır. Düşünürəm ki, belə bir xalqın ailə dəyərləri kontekstində öz milli günü olmalıdır”.

O qeyd edib ki, ailə tərbiyəsi hər bir uşaq və gənc üçün mühüm amillərdəndir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
azertag.az

1Mənbələr