AZ

Bətnindəki təzyiq insanın üz formasını təyin edir

Yazını böyüt
Yazını kiçilt

Məlum olub ki, uşaqlıq yolundakı təzyiq insanın üzünün formasına təsir edərək, təhriflərə səbəb olur.

Hafta.az-ın “Science Alert”ə istinadən yazdığına görə, körpənin üzünün böyük ölçüdə irsi xüsusiyyətlərə görə təyin olunduğu düşünülsə də, son araşdırmalar ananın bəslənməsinin də təsirli olduğunu ortaya çıxarıb.

Beynəlxalq tədqiqatçılar qrupu embrionun yaşadığı fiziki təzyiqin üzün formasında mühüm rol oynadığını müəyyən edib.

Siçan və qurbağa rüşeymlərinin, eləcə də insan embrioidlərinin (laboratoriyada yetişdirilən embrion hüceyrələr) böyüməsini araşdıran tədqiqatçılar müşahidə ediblər ki, sinir qabığı hüceyrələrində onlara xarici təzyiqin artması zamanı mühüm siqnal yolları pozulur.

“Nature Cell Biology” jurnalında dərc edilən araşdırmanı aparan qrup, üz xətlərinin əmələ gəlməsinə cavabdeh olan bu hüceyrələrin inkişaf etdiyi yerlərdə blastocoel adlanan maye ilə dolu boşluğu xüsusi olaraq araşdırdı. Müəyyən edilib ki, blastokelə təzyiq mexaniki stimulları sinir siqnallarına çevirən yap zülalının aktivliyini azaldır. Bu zülal sinir qabığının necə inkişaf etdiyini izah etməkdən məsul olan Wnt adlı bir qrup siqnal molekulu ilə qarşılıqlı əlaqədə olduğundan, onun azalması molekulların pozulmasına səbəb olub.

London Universitet Kollecindən neyrobioloq Roberto Mayor həmmüəllifi olduğu araşdırma haqqında belə deyir: "Bir orqanizm təzyiqdə dəyişiklik hiss etdikdə, embrion da daxil olmaqla, ananın bütün hüceyrələri bunu aşkarlaya bilər".

Komanda insan uterusunda təzyiqi nəyin artırdığını araşdırmadı, lakin tapıntılar göstərir ki, fiziki təsirlər üzün deformasiyaları (kraniofasiyal anomaliyalar) riskini artıra bilər. Bu anomaliyalar, məsələn, kraniosinostoz, körpənin kəllə və ya üz sümükləri çox erkən və ya anormal şəkildə birləşdikdə baş verir.

Mayor tədqiqat nəticələrini belə izah edir: “Bizim tapıntılar göstərir ki, üz deformasiyaları təkcə genetikadan deyil, həm də ana bətnində təzyiq kimi fiziki faktorlardan da təsirlənə bilər”.

Alimlər təzyiq dəyişikliyinin embrionun inkişafına necə təsir etdiyinə dair daha çox araşdırmaya ehtiyac olduğunu bildirirlər. "Tədqiqatımız göstərir ki, embrionlar təzyiqə həssasdır, lakin biz onların nə qədər həssas olduğunu bilmirik" deyib Mayor.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
hafta.az

1Mənbələr