AZ

Nazir müavini: COP29 çərçivəsində Azercell GSM-in iqlim dəyişikliyi tapşırıqları qrupuna qoşulacaq

Azercell şirkəti Azərbaycanda gözəl şəbəkə performansı göstərir.

"APA-Economics" xəbər verir ki, bunu “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransında çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

"18 ayda Azercell 300-dən çox baza stansiyası qurmaqla ölkədə internet keyfiyyətini artırıb. Azərbaycanda baza stansiyalarının sayı artıb və bu 5 milyondan çox əhali üçün yüksək keyfiyyətli xidməti təmin edir. COP29 çərçivəsində də Azercell GSM-in iqlim dəyişikliyi tapşırıqları qrupuna qoşulacaq. Bu, onların prioritetlərindən biridir", - deyə nazir müavini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
1
apa.az

2Mənbələr