AZ

"Nikah müqaviləsinin məcburi qaydada imzalanması labüddür" -Nadir Adilov

"Nikah müqaviləsinin məcburi qaydada imzalanması labüddür". SİA xəbər verir ki, bu sözləri Hüquq üzrə fəlsəfə doktoru, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov deyib.

Onun sözlərinə görə, nikaha girən cütlüklər sonrakı mübahisəni düşünmürlər: "Tərəflər evlənir, əsassız iddialar qaldırırlar. 50, 30 il əvvəl evə və maşına iddia edirlər. Bu iş məhkəməyə gəldikdə hüquqi cəhətdən münaqişənin əhatə dairəsini genişləndirir. Ailə müqaviləsinin imzalanmasını vacib hesab edirəm.

Ailə mübahisələrində psixoloqların rolunu artırmaq lazımdır. Psixoloqların fəaliyyətini tənzimləyən orqan nəzərdə tutulmayıb. Vəkillər kollegiyası var. Bizə müraciət edən ailələrin əksəriyyəti psixoloqlardan travma alanlardır. Psixoloqların anarxik vəziyyəti olmadığına görə vətəndaşlar falçılara üz tuturlar. Biz düşünürük ki, psixoloqlar üçün olan Şura Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin tərkibində fəaliyyət göstərsin.

Dövlətdən sosial yardım almaq üçün süni boşanmaya gedirlər. Ailələr bir yerdə yaşayır, amma sənəd üstündə ailə deyillər. Düşünürlər ki, beləliklə torpaq, ev alacaqlar.Bəzən də planlı şəkildə evlənirlər. Yəni boşanmaq üçün evlənirlər. Azərbaycan dövləti nikaha daxil olmaq işində ən səmimi, dürüst dövlətdir".

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
sia.az

1Mənbələr