AZ

Yaponiya ilə Rusiya arasında ərazi mübahisələri davam edir

Yaponiya ilə Rusiya arasında ərazi mübahisələri davam edir.

Yaponiyanın baş naziri Fumio Kişida bir daha Rusiya ilə ərazi mübahisələri məsələsini gündəmə gətirib. O deyib ki, ölkəsi Rusiya ilə ərazi mübahisələri məsələsini müzakirə etməyə və bununla bağlı danışıqlara hazırdır.

Buna paralel olaraq Fumio Kişida bəyan edib ki, ölkəsinin bu məsələdə mövqeyi dəyişilməz olaraq qalır. Onun sözlərinə görə, Rusiya işğal etdiyi Cənubi Kurili əsl sahibinə qaytarmalı və danışıqlar da bu əsasda davam etdirilməlidir. Baş nazir bu ərazilərin Yaponiyanın dədə-baba torpaqları olduğunu bir daha təkrar edib.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
oxumeni.az

1Mənbələr