AZ

UKRAYNA KRIMI VURUR – Yarımadaya azı 20 raketin düşdüyü bildirilir

Mayın 15-nə keçən gecə Ukrayna ordusu Krım yarımadasındakı hərbi hədəflərə kütləvi raket zərbələri endirib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Sevastopol, Simferopol, Baxçasaray və Yevpatoriyada güclü partlayışlar baş verib.

Yarımadada raket təhlükəsi elan edilib. Yerli sakinlər Krıma azı 20 raketin düşdüyünü iddia edirlər. Rusiya tərəfi Krım səmasında “ATACMS” raketini vurduğunu bildirib. Ukrayna rəsmi orqanları isə hələ ki, hücum barədə heç bir şərh vermir.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
1
azpolitika.info

2Mənbələr