AZ

İstanbulda antiterror əməliyyatı: 21 nəfər saxlanılıb

Türkiyənin İstanbul şəhərində terror təşkilatı PKK/KCK-ya qarşı keçirilən əməliyyatda 21 şübhəli saxlanılıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İstanbul Respublika Prokurorluğu Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində terror təşkilatı PKK/KCK tərkibində fəaliyyət göstərdiyi müəyyən edilən 25 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.

Bunun üzərinə hərəkətə keçən təhlükəsizlik qüvvələri 25 ünvanda keçirdikləri əməliyyatda 21 şübhəlini saxlayıb.

Hazırda 4 şübhəlinin axtarışı davam edir.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
6
qaziler.az

6Mənbələr