AZ

ATƏT-in fəaliyyətdə olan sədri Gürcüstan XİN başçısı ilə danışıqlar aparıb

ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq Tbilisiyə səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri (XİN) İlya Darçiaşvili ilə danışıqlar aparıb.

“Report” xəbər verir ki, bu barədə İ.Borq "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“ATƏT-in regionda sülh və sabitliyə təsir edən mühüm məsələlərin həllində Gürcüstanın tərəfdaşı olduğunu təsdiqlədim. Maltanın ATƏT-ə sədrliyi ölkənin hakimiyyət orqanları və digər tərəfdaşlarla sıx əməkdaşlığı inkişaf etdirmək üçün bütün səylərini göstərəcək”, - paylaşımda qeyd edilib.

Xatırladaq ki, İan Borq, Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində Bakıdan Tbilisiyə gedib. ATƏT-in fəaliyyətdə olan sədri İrəvanda da danışıqlar aparıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
5
report.az

6Mənbələr