AZ

Xarı Bülbül festivalı mədəniyyətimizin dünyada təbliğində böyük rola malikdir- ÖZƏL

"Şuşamızda növbəti beynəlxalq tədbir -"Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının və "Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024" ilinin açılış mərasim keçirildi. İkinci Qarabağ Müharibəsində qazandığımız qələbənin mədəniyyət sahəsindəki təzahürü olan Xarı Bülbül festivalının Şuşada keçirilməsi xalqımıza böyük sevgi, coşqu, qürur və illərlə həsrətində olduğumuz anları yaşatdı". "Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib: "Xalqımızın birlik və həmrəyliyinin nümayişi olan Xarı Bülbül festivalının keçirilməsi mədəniyyətimizin dünyada təbliğində böyük rola malikdir. Festivalda müxtəlif xalqların nümayəndələrinin iştirakı etməsi bir daha ölkəmizdə tolerantlığın, multikultural dəyərlərin yüksək səviyyədə olmasının göstəricisidir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak və çıxış etdi. Çıxışında dövlətimizin Başçısı Azərbaycanın İslam həmrəyliyi istiqamətində ardıcıl və yüksəksəviyyəli fəaliyyəti haqqında məlumat verdi. Eyni zamanda Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasını İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlaməti olduğunu qeyd etdi: Vurğulamaq lazımdır ki bu gün Azərbaycan İslam dünyasında böyük nüfuza və hörmətə malikdir. Bu istiqamətdə uğurlu fəaliyyətimiz özünü beynəlxalq təşkilatlar səviyyəsində də göstərmişdir. Belə ki, Ölkəmizin uzun müddət yüksək səviyyədə əməkdaşlıq etdiyi təşkilatlardan biri də İslam Əməkdaşlıq Təşkilatıdır. Uğurlu fəaliyyətimizin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləmişdir. Eyni zamanda İslam dünyası tərəfindən Azərbaycana böyük etimad və etibar vardır. Həqiqətən də çox qürurverici haldır ki, işğaldan azad olunmuş ərazilərimiz cənnətə çevrilməklə yanaşı artıq beynəlxalq tədbirlərə ev sahibliyi edir və müxtəlif sahələr üzrə paytaxt şəhərlər elan olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
olaylar.az

1Mənbələr