AZ

İran sənayesi çökür:  6885 fabrik tamamilə bağlanıb

İranın Sənaye, Mədən və İqtisadiyyat Nazirliyinin rəsmi hesabatına istinad edən mütəxəssis bildirir ki, ölkədə 10 böyük zavodun 7 şirkəti ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsalı kəskin azaldıb.

Vətəninfo.az  Keyhan-a istinadən xəbər verir ki, sənaye şəhərcikləri İranın sənaye məşğulluğunun 45%-ni təşkil edir, lakin yanlış siyasət və sənaye inkişafı planının olmaması bu şəhərciklərin fəlakətli vəziyyətlə üzləşməsinə səbəb olub.
Mayın əvvəlində “İranın tekstil sənayesinin anası” İsfahan poliakril fabrikinin bağlanması ilə bağlı xəbər dərc edilib.

Poliacryl-in bağlanması bu istehsal müəssisəsində çalışan 2000 nəfərin sadəcə işsiz qalması demək deyil, həm də İranın tekstil sənayesinə ölümcül zərbədir.

Gündəlik istehsal gücü 300 ton olan Kərəcdəki şəkər zavodu işə iflasa uğrayaraq yarıbağlanmış vəziyyətdədir.
Qeyd edək k, İranın sənaye sahələrinin 77 faizi istehsal gücündən az məhsul buraxır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
veteninfo.az

1Mənbələr