AZ

RF XİN: “Aİ-nin fəaliyyəti getdikcə daha çox antazərbaycan xarakteri alır”

Hurriyyet.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin “News.ru” portalına müsahibəsində deyib. O, Aİ-nin Ermənistandakı müşahidə missiyasının faktiki olaraq, NATO-ya üzv ölkələrin şübhəli məqsədlərlə yaratdıqları yarıhərbi Qərb əməliyyatına çevrildiyini söyləyib.  
Qaluzin Ermənistandakı Aİ missiyasından danışarkən deyib: “İşçi heyəti artıq azı iki dəfə artırılıb və yeni dayaq məntəqələri açılır. Bu yaxınlarda İrəvana Aİ-nin mövcudluğunun statusu haqqında saziş imzalandı və bu razılaşma missiyaya Ermənistan ərazisində ən əlverişli fəaliyyət rejimi azadlığı verdi.
Missiyanın Aİ-nin hibrid müharibəsinin aləti olması faktını onun məxfiliyi, nə Ermənistan, nə də Azərbaycan tərəfininin, nə də digər maraqlı ölkələrin və ya strukturların  nəzarətində olmaması təsdiqləyir. Missiya açıq-aşkar təxribat xarakterli fəaliyyət göstərir, tamamilə antirusiya təbliğatı ilə məşğul olur, Ermənistan cəmiyyətinə Avropa İttifaqının Ermənistan üçün “təhlükəsizlik və firavanlıq mənbəyi” olması barədə yanlış fikirlər aşılayır. Üstəlik, Aİ-nin fəaliyyəti getdikcə daha çox antiazərbaycan və antiiran xarakteri alır".
Əgər uzunmüddətli regional təhlükəsizliyin, sabitliyin və sosial-iqtisadi inkişafın təminatı vəzifələrindən danışırıqsa, o zaman qərblilərin regionu hərbiləşdirmək, Aİ və NATO-nun oradakı hərbi-siyasi təsirini genişləndirmək planları bununla qətiyyən uyğun gəlmir.
Cənubi Qafqazın çiçəklənməsinin açarı inklüziv dialoqdur, xüsusən də yaranan problemlərə “3+3” konsultativ regional platforması çərçivəsində kollektiv cavabların axtarışı və regiondankənar qüvvələrin geosiyasi diktələrinə qarşı mübarizədədir". 
Hürr Tərcüman

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
hurriyyet.az

1Mənbələr