AZ

Atmosferdə karbon qazı görünməmiş şəkildə artıb

Tədqiqatçılar qədim Antarktida buzunun ətraflı kimyəvi analizini apardıqdan sonra atmosferdə karbon qazının hazırkı artım sürətinin son 50 min ildəkindən 10 dəfə yüksək olduğunu müəyyən ediblər.

KONKRET.az xəbər verir ki, “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan tədqiqat Yerin keçmiş dramatik iqlim dəyişikliyi dövrlərinə aid yeni detalları təqdim edir.

Oreqon Dövlət Universitetinin Yer, Okean və Atmosfer Elmləri Kollecinin dosenti və tədqiqatın aparıcı müəllifi Kathleen Uendt bildirib ki, “Bu gün CO2-də dəyişiklik sürəti həqiqətən görünməmiş bir göstəricidir”. “Tədqiqatımız göstərdi ki, CO2 səviyyələrində təbii artımın keçmişdə ən sürətli tempi və bu gün müşahidə edilən və əsasən texnogen emissiyalar tərəfindən idarə olunan sürət 10 dəfə yüksəkdir”.

Karbon dioksid və ya CO2, atmosferdə təbii olaraq meydana gələn istixana qazıdır. Karbon qazı istixana effekti vasitəsilə iqlimin istiləşməsinə kömək edir. Əvvəllər buz dövrü və digər təbii səbəblərə görə karbon qazının səviyyəsi dəyişirdisə, bu gün insanlar tərəfindən törədilən emissiyalar hesabına artır.

Antarktidada yüz minlərlə il ərzində yığılmış buzun tərkibində hava qabarcıqlarında sıxılmış qədim atmosfer qazları var. Alimlər 3,2 km dərinliyə qədər qazma ilə toplanan bu buz nümunələrindən kimyəvi maddələrin izlərini təhlil etmək üçün istifadə edirlər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
konkret.az

1Mənbələr