AZ

ABŞ və İsraildən Rəfah qərarı

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivanın Səudiyyə Ərəbistanı və Təl-Əvivə səfərindən əvvəl Rəfahda genişmiqyaslı əməliyyat keçirməmək üçün İsraillə razılaşdığı iddia edilib.

Turkustan.az xəbər verir ki, ABŞ mətbuatında 3 ABŞ və 1 İsrail rəsmisinə əsaslanan xəbərdə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivanın bu həftə sonu Səudiyyə Ərəbistanı və İsrailə səfərinin gözlənildiyi bildirilib.

ABŞ-dan yayımlanan Axios xəbər saytının xəbərinə görə, Ağ Ev rəhbərliyi, Sullivanın İsrailə səfəri öncəsi Rəfahda genişmiqyaslı əməliyyat başlatmamaq üçün İsrail hökuməti ilə razılığa gəlib.

Ağ Evin sözçüsü Karine Jean-Pierre gündəlik mətbuat brifinqində bir daha İsrailin Rəfaha hərtərəfli quru hücumuna qarşı olduqlarını və belə bir hücumu dəstəkləmədiklərini bildirib.

"Biz Rəfaha qarşı böyük hərbi əməliyyatla bağlı narahatlığımızı açıq şəkildə bildirmişik. Biz bunun doğru yol olduğuna inanmırıq", - Jan-Pier bildirib dedi.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivanın məhz dünən bu mövzuda israilli həmkarı ilə görüşdüyünü qeyd edən Jean-Pierre, yaxın günlərdə üz-üzə görüşlərdə bu məsələ ilə bağlı narahatlığını açıq şəkildə ifadə edəcəyini vurğulayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
turkustan.az

1Mənbələr