AZ

UNEC-də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Miqrasiya" dərsliyinin təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

UNEC-də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Miqrasiya"dərsliyinin ilk təqdimatı keçirilib.

UNEC Xanım Tədqiqatçılar Şurası, Miqrasiya Siyasətinin İnkişafıüzrə beynəlxalq mərkəz və Kitabxana İnformasiya Mərkəzinin birgətəşkilatçılığı ilə (ICMPD) keçirilən təqdimat mərasimində çıxışedən elm və innovasiyalar üzrə prorektor dos. Fariz Əhmədovmiqrasiya sahəsində çap olunan ilk kitabın təqdimatının UNEC-dəkeçirilməsinin sevindirici hal olduğunu vurğulayıb.

Prorektor UNEC-də əcnəbilərin sosial inteqrasiyası məqsədilətəşkil olunan tədbirlər, UNEC Tədqiqat Mərkəzlərində miqrasiya vətəhlükəsizlik, iqlim dəyişikliyi, gender məsələləri istiqamətindəaparılan tədqiqatlar barədə məlumat verib. O, azərbaycan və ingilisdillərində çap olunmuş “Miqrasiya” kitabının UNEC-də sosial işfənninin tədrisində, eləcə də qloballaşan dünyada fənlərarasıaspektdə yanaşılan miqrasiya üzrə tədqiqatların vəmaarifləndirmənin genişləndirilməsi istiqamətində faydalı olacağınıvurğulayıb.

Sonra Miqrasiya siyasətinin inkişafı üzrə beynəlxalq mərkəzinBakı ofisinin direktoru Səltənət Məmmədova çıxış edərək, kitabınmiqrasiya sahəsi üzrə mütəxəssislərin hazırlanması və digəristiqamətlərdə verəcəyi töhfələrdən danışıb. Miqrasiya üzrə təlimvə seminarların keçirilməsində, əcnəbilərin daha səmərəliinteqrasiyası prosesində UNEC-lə əməkdaşlığın genişləndirilməsininəhəmiyyətini diqqətə çatdırıb.

UNEC Xanım Tədqiqatçılar Şurasının rəhbəri, kitabın həmmüəllifiNərgiz Hacıyeva, ICMPD-nin Layihələrin idarə edilməsi üzrə məsuləməkdaşı, UNEC XTŞ-nın tədqiqatçısı Lamiya Rzayeva-Əhmədli, digərhəmmüəlliflər Aygül Abbaszadə, Fuad Çıraqov kitabın fəsilləribarədə ətraflı məlumat verdikdən sonra tədbir müzakirələrlər davamedib.

Sonda kitab müəlliflər təfərindən imzalanaraq, iştirakçılarahədiyyə olunub.

UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
10
az.trend.az

10Mənbələr