AZ

Karlo Ançelotti: Top Arda Gülərə aşiqdir

İspaniya La Liqasının 36-cı turu çərçivəsində "Real Madrid" doğma meydanda "Alaves"i 5-0 hesabı ilə məğlub edib.

"Operativ Media" xəbər verir ki, matçdan sonra jurnalistlər qarşısına çıxan Karlo Ançelotti "Real"ın sonuncu qolunu vuran Türkiyə millisinin üzvü Arda Gülər haqqında da danışıb.

“Komanda həqiqətən Arda Güləri sevir. O, çox istedadlı oyunçudur, top ona aşiqdir”.

Qeyd edək ki, 19 yaşlı futbolçu "Real Madrid" forması ilə çıxdığı 5 matçda 4 qol vurmağı bacarıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
operativmedia.az

1Mənbələr