AZ

Bolqarıstan və Azərbaycan işlənmiş yağların təkrar emalı üzrə mühüm layihə həyata keçirir

“Hazırda Azərbaycanda mühüm təşəbbüs - işlənmiş yağların təkrar emalı üzrə Bolqarıstan-Azərbaycan birgə layihəsi həyata keçirilir”.

Bunu “Azərbaycan iqtisadiyyatı” Telegram kanalına Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasının (BATSP) icraçı direktoru Bratan Bratanov deyib.

"Bu layihə ətraf mühitin yaxşılaşdırılması və Azərbaycanın idxal olunan yağlardan asılılığının azaldılması üçün Avropada yaradılmış tamamilə yeni metodların tətbiqində kömək edəcək", - o bildirib.

B.Bratanov əlavə edib ki, Azərbaycan və Bolqarıstan arasındakı ticarət dövriyyəsi ciddi şəkildə artıb: “Təkcə 2024-cü ilin birinci rübündə Azərbaycan və Bolqarıstan arasındakı ticarət dövriyyəsi təxminən 4 dəfə artaraq 153 milyon dollara çatıb”.

BATSP-nin icraçı direktoru bildirib ki, Azərbaycandan ixrac da illik müqayisədə 4 dəfədən çox artıb: “Bolqarıstan hazırda Azərbaycan məhsullarının ən böyük idxalçılarından biridir".

B.Bratanov qeyd edib ki, Azərbaycan-Bolqarıstan münasibətləri dövlət başçılarının siyasi iradəsi sayəsində dinamik şəkildə inkişaf edir. “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi haqqında Birgə Bəyannamə” ölkələrimiz arasında qarşılıqlı etimadın göstəricisidir. Aparılan müzakirələr və səmərəli danışıqlar perspektivli sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsi və yeni layihələrin həyata keçirilməsi üçün yaxşı zəmin yaradacaq. Biz daha tez-tez birgə işgüzar görüşlər keçirməli və müəssisələrimiz arasında strateji qarşılıqlı əlaqə nöqtələri yaratmalıyıq”, - o bildirib.

Onun sözlərinə görə, ölkələr arasında enerji ixracı, o cümlədən yaşıl və bərpa olunan enerji sahəsində layihələr üzrə əməkdaşlıq üçün güclü potensial mövcuddur.

Tamilla MƏMMƏDOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
vergiler.az

1Mənbələr