AZ

Müştərilərin razı və narazı qaldıqları sığorta şirkətləri açıqlandı - SİYAHI

Mərkəzi Bank tərəfindən "May 2023 – Aprel 2024 Avto-icbari sığorta üzrə şikayət indeksi"  açıqlanıb.

Marja.az İndeksə istinadən xəbər verir ki, yuxarı şikayәt indeksində "Xalq Sığorta" ASC, "Bakı Sığorta" ASC və "AtaSığorta" ASC yer alıblar.

Orta şikayət indeksində “Paşa Sığorta” ASC qərarlaşıb.

Aşağı şikayət indeksində "Azərbaycan Sənaye Sığorta" ASC, "Qala Sığorta" ASC, "Meqa Sığorta" ASC və “Atəşgah Sığorta” ASC yer tutublar. 

Qeyd edilib ki, avto-icbari sığorta üzrə şikayət indeksi vətəndaşların bu növ üzrə sığorta xidmətlərini əldə edərkən seçim etmələrinə dəstək göstərilməsi məqsədilə hesablanılır və yayımlanır. Şikayət indeksinin hesablanmasında beynəlxalq səviyyədə istifadə olunan metodologiyaya əsaslanaraq avto-icbari sığorta növü üzrə lisenziyası aktiv olan sığorta şirkətləri ilə bağlı daxil olan şikayətlər nəzərə alınmışdır. Eyni zamanda avto-icbari sığorta növünün aparılması üzrə verilən icazənin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılmış və lisenziyası ləğv olunmuş sığorta şirkətləri ilə bağlı şikayətlərin tənzimlənməsi Mərkəzi Bank tərəfindən əvvəlki qaydada davam etdirilir.

Şikayət indeksinin metodologiyası

Müvafiq şikayət indeksinin hesablanması üçün aşağıdakı düsturdan istifadə olunmuşdur:

Şikayət indeksi = Şikayətlər üzrə bazar payı/Bağlanan müqavilələr üzrə bazar payı

Şikayətlər üzrə bazar payı - müvafiq sığortaçı üzrə şikayətlərin ümumi şikayətlərə nisbəti,

Bağlanan müqavilələr üzrə bazar payı - müvafiq sığortaçı üzrə bağlanan müqavilələrin sayının ümumi müqavilələrin sayına nisbəti.

Şikayət indeksinin izahı: İndeksin 1.00-dən aşağı olması həmin portfel üzrə xidmət səviyyəsinin digər şirkətlərlə nisbətdə yaxşı olduğunu, lakin 1.00-i üstələməsi xidmət səviyyəsinin digər şirkətlərə nəzərən aşağı olduğunu göstərir.

şikayət indeks avto-icbari sığorta
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
marja.az

1Mənbələr