AZ

İcraçı direktor: Azərbaycanda finteks sənayesini inkişaf etdirəcəyik

İcraçı

Bakı, 15 may, AZƏRTAC

Qlobal fintex bazarının həcmi ötən il 300 milyard dollara yaxın olub. Cari ildə bu rəqəm 340 milyard dolları ötəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən “Fintex Sammit - 2024” tədbirində deyib.

“Milyard dolları aşan fintekslər əsasən ABŞ, Britaniya, Hindistan və Çindədir. 2024-2028-ci illərdə finteks strategiyası ilə bağlı məsələlər müzakirə olunmaqdadır. Strategiya qəbul olunanda biz hədəfləri müəyyənləşdiririk. İnanıram ki, Azərbaycanda çox uğurlu şəkildə finteks sənayesini inkişaf etdirəcəyik. Bunun üçün ölkəmizdə bütün lazımi şərait yaradılıb”, - deyə V.Qasımlı qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
azertag.az

1Mənbələr