AZ

Qadın ölən atasının təqaüdünü almaq üçün bu üsula əl atdı

Tayvan sakini atasının qalıqlarını illərdir əsgərlik pensiyası üçün evində gizlətməkdə ittiham olunub.

Publika.az xəbər verir ki, bu barədə “Hindustan Times” yazıb. Qızı istefada olan hərbçi atasının təqaüd pulunu almaq üçün onun ölüm faktını gizlətməkdə şübhəli bilinib.

Hadisənin üstü bir təsadüf nəticəsində açılıb. Belə ki, Tayvanda qızdırmanın yayılmasına qarşı kampaniya çərçivəsində həkimlər peyvəndləmə prosesi aparıb. Qadın isə yaşlı atasına bu peyvəndin vurulmasına icazə verməyib. Bu hərəkətdən sonra polislər şübhələnməyə başlayıb. Bu addımına görə o, 60 min Tayvan dolları cərimə olunub.

Qadın mühafizə məmurlarının evinə baxış keçirməsinə mane olmağa davam etdikdən sonra ona qarşı şübhələr artıb. Atasının harada olması ilə bağlı ona suallar verməyə başlayanda deyib ki, o, qocalar evindədir. Daha sonra dindirmə zamanı qadın qardaşının atasını Çinə apardığını bildirib. Lakin sənədlərin və qeydlərin yoxlanılması onun Tayvanı tərk etmədiyini, qardaşının isə 50 il əvvəl vəfat etdiyini göstərib. Onun evinə baxış zamanı yaşlı kişiyə məxsus sümüklərin olduğu qara zibil torbası tapılıb. Qadının atası 20 il orduda xidmət etdiyi üçün hərbçi təqaüdü alıb. Qadının məhz bu təqaüdü almaq üçün meyiti gizlətdiyi iddia edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
1
publika.az

2Mənbələr