AZ

Yevlaxda "Aran derbisi", Şamaxı və Zaqatalada iki matç - YENİLƏNİR

Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında 26-cı tura start veriləcək.

İki gün ərzində keçiriləcək oyunlar PFL-in “1-ci liqa/2-ci liqa” “yutub” kanalında canlı yayınlanacaq.

İlk matçda “Difai Ağsu” MOİK-i qəbul edəcək. Üz-üzə gələcək komandaların turnur cədvəli baxımından ciddi hədəfi qalmayıb. Meydan sahiblərinin mövsümü 9-cu pillədə bitirəcəyi dəqiqdisə, qonaqların çempionluq şansı yoxdu. Odu ki, matç prinsipial xarakter daşımır. Məqsəd baxımlı oyun göstərmək və xal ehtiyatını yaxşılaşdırmaqdı. Elgiz Kərəmli ilə Qəzənfər Abbasovun yetirmələrini oyuna necə motivasiya edəcəkləri də maraq mövzusudu.

İkinci görüşdə “Zaqatala” “İrəvan”ı sınağa çəkəcək. Burda eyni xalla turnir cədvəlinin 7 və 8-ci pillələrində qərarlaşan komandalar güclünün adına aydınlıq gətirəcək. İndiyə qədər qeyri-sabit nəticələrlə yadda qalan bölgə təmsilçisi hesabına növbəti qələbəni yazdırmaq istəyir. Nazim Süleymanovun komandası isə son iki turda məğlub olmayıb. Kollektiv uğurlu çıxışa davam etməli, “günahlarını yumalıdı”. Günün son matçına Yevlaxda şahidlik edəcəyik. “Karvan”ın “Mingəçevir”i qəbul edəcəyi oyun azarkeşlər tərəfindən maraqla qarşılana bilər. Çünki bu da özünəməxsus derbidi. Matçı Kənan Kərimovla Ədəhim Niftəliyevin dueli də adlandıra bilərik.
Yeri gəlmişkən, çempionun adına böyük ölçüdə aydınlıq gətirəcək “Qaradağ Lökbatan” – “Şamaxı” matçı mayın 16-da keçiriləcək. Peşəkar Futbol Liqasının rəsmi saytının məlumatına görə, həmin matçda VAR sistemindən istifadə olunacaq.

15 may
Difai Ağsu – MOİK

Şamaxı. Şəhər stadionu. Saat 17.00.

Zaqatala – İrəvan
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. Saat 17.00.

Karvan – Mingəçevir
Yevlax. Şəhər stadionu. Saat 17.00.

Xal durumu: Qaradağ Lökbatan – 53, Şamaxı – 51, İmişli – 47, MOİK – 45, Karvan – 38, Zaqatala, İrəvan – 27, Mingəçevir – 26, Difai Ağsu – 21, Araz Saatlı – 10.
Bombardirlər: Elmir Rəhimzadə (MOİK) – 16, Elşad Tağıyev (Şamaxı) – 15.

Tura sabah “Qaradağ Lökbatan” – “Şamaxı”, “Araz Saatlı” – “İmişli” oyunları ilə yekun vurulacaq.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
1
football-plus.az

2Mənbələr