AZ

Anası ilə birgə yaşadığı evi yandırdı

Kocaelinin Kartepe rayonunda anası ilə birlikdə yaşadığı evdə yanğın törədən spirtli içki aludəçisi nəzarətə götürülüb.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, yanğın zamanı evdə sıxılmış vəziyyətdə qalan şübhəlinin anası qonşuları tərəfindən xilas edilib.

Artan alov bitişik birmərtəbəli evə keçib.

Ətrafdakıların xəbəri alındıqdan sonra əraziyə polis, sağlamlıq və xilasetmə qrupları sövq edilib.

Evdə sıxışan qadın qonşuların köməkliyi ilə çıxarılıb.

Yanğında 2 ev yararsız hala düşüb, yanğın yanğınsöndürənlər tərəfindən 1 saat ərzində söndürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
tribunainfo.az

1Mənbələr