AZ

Öz zolağı ilə getməyib maneə yaratdı, sonra isə dayanıb yolu kəsdi- VİDEO

Bakıda manevr qaydasını pozan sürücü maneə yaradıb digər sürücünü qəzəbləndirdi. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Bakıxanov küçəsində baş verib. Belə ki, 90-NO-099 qeydiyyat nişanlı "FAW" markalı avtomobilin sürücüsü sağ zolaqla hərəkət etməli olduğu halda sol zolağa yerdəyişmə edib. Bu zaman görüntünü qeydə alan avtomobilin yoluna keçərək maneə törədib. Həmin sürücü qəzəbləndiyindən səs siqnalı verərək öz etirazını bildirib. Qaydaları pozan sürücü isə cavab olaraq maşını hərəkətsiz vəziyyətə gətirərək yolu kəsib.

Qeyd edək ki, bu kəsişmədə əksər sürücülər sağ zolaqla hərəkət etməli olduqları halda sol zolağa keçərək körpüdən düşən avtomobillərə maneə yaradırlar.

 

Könül

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
avtosfer.az

1Mənbələr