AZ

Ermənilərdən növbəti ekoloji terror: Delimitasiyaya görə ağacları məhv edəcəklər

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Əsasən Tavuş vilayətində kəndlilər revanşist çağırışlar edərək Azərbaycanla delimitasiya prosesinə qarşı çıxsalar da, sonradan polis etirazları nisbətən yatıra bildi. Hazırda etirazlar paytaxt İrəvanda davam edir.

Narazılıqların cərəyan etdiyi əsas mərkəz isə Kirants kəndidir. Kirantsda yaşayanların radikallıqları o həddə çatıb ki, hətta ekoloji terrorlara da əl atacaqlarını bəyan edirlər.

Məsələn, "Mamul" nəşrinin yaydığı məlumata görə, kənddən olan fəal Qohar Vardanyan Facebook sosial şəbəkəsində paylaşım edərək delimitasiya zamanı bağ və yaşıllıqların Azərbaycana düşəcəyi təqdirdə məhv edəcəklərini yazıb. 

“Mən bu bağın sahibinə söz vermişəm ki, onun sahəsi demarkasiyadan sonra azərbaycanlılara verilsə, bağı ağaclarla birlikdə məhv edəcəyik. Ermənistan hökumətinin yaydığı xəritəyə əsasən, həmin ərazi artıq Azərbaycanınkı sayılır".

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın, həmçinin iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər. 

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
news365.az

1Mənbələr