AZ

Rusiyanın neft ixracı ən aşağı səviyyəyə DÜŞDÜ

Rusiyanın dəniz yolu ilə neft ixracı son iki ayın ən aşağı səviyyəsinə düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşr yazır ki, Baltik limanlarından göndərilən yüklərin həcminin azalması fonunda ixrac azalır.

“Bloomberg” analitiklərinin fikrincə, neft emalı zavodlarında problemlər həll edilib, anbarlar dolub və buna görə də Rusiya hökuməti müvəqqəti olaraq dizel və benzin ixracını bərpa edə bilər.

“Eyni zamanda, Rusiya büdcəsinə daxil olmalar bu ay iki dəfə artıb. Almaniya və Fransa idxalı dayandırsa da, Türkiyə, BƏƏ, Braziliya, Səudiyyə Ərəbistanı və Hindistan Rusiya dizelinin əsas idxalatçısı kimi itkiləri kompensasiya ediblər”, – deyə məqalədə qeyd olunub.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
yenicag.az

1Mənbələr