AZ

Bakı-İrəvan arasında çərçivə sazişi hazırdır

Əslində Almatı görüşündən elə də böyük gözləntilər yox idi. Burada texniki məsələlər daha çox gündəmdə idi.

Axar.az xəbər verir ki. bu sözləri Teleqraf.com-a müsahibəsində sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

“Danışıqlar ətrafında olan yanaşmalar əslində müsbət xarakterizə edilir. Əhval-ruhiyyə də çox müsbət idi. Ona görə də Azərbaycanla Ermənistan arasında əldə ediləcək sülh üzrə çərçivə sazişinin imzalanması üçün elə də böyük problemlər qalmayıb. Demək olar ki, çərçivə sazişinin mətni hazırdır”, - politoloq bildirib.

O vurğulayıb ki, danışıqların bir neçə raundundan sonra çərçivə sazişi imzalana bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
axar.az

2Mənbələr