AZ

ABŞ Ukraynaya dəstəyini davam etdirəcək

ABŞ dövlət katibi Entoni Blinken dünən səhər tezdən Kiyevə elan olunmamış səfərə gəlib. Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlardan sonra cənab Blinken baş nazir Denis Şmıqal və xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb. ABŞ dövlət katibi görüşlərdə döyüş əməliyyatları haqqında yenilənmiş məlumatlar alıb, Amerikanın yeni təhlükəsizlik və iqtisadi yardımının təsiri, habelə Vaşinqtonun uzunmüddətli öhdəlikləri və Ukraynanın iqtisadi bərpası ilə bağlı müzakirələr aparıb.

ABŞ dövlət katibi Kiyevə elan olun­mamış səfərini onunla izah edib ki, Bir­ləşmiş Ştatlar “Rusiyanın təcavüzündən azadlığını müdafiə edən Ukraynaya sar­sılmaz dəstəyini nümayiş etdirmək istə­yir”. Səfər çərçivəsində o, prezident Ze­lenski ilə görüşüb. Ukrayna lideri bildirib ki, ABŞ-ın dövlətimiz üçün yeni yardımla bağlı qərarı təsdiq etməsi həlledici əhə­miyyət kəsb edir və ukraynalılar üçün onu tez bir zamanda alması çox vacibdir. Bununla belə, cənab Zelenski diqqətə çatdırıb ki, ABŞ-ın təsdiq etdiyi yeni hərbi yardımı ən qısa zamanda Ukraynaya çat­dırmaq lazımdır. Bundan başqa, Ukrayna lideri Xarkov və regionu qorumaq üçün əlavə iki “Patriot” zenit-raket kompleksinə ehtiyacın olduğunu deyib: “Düşünürəm ki, bu, ən böyük problemdir və bu gün Xarkov və Xarkov bölgəsi üçün iki “Pat­riot” lazımdır”. Görüşdə, həmçinin iyun ayının 15-16-da İsveçrədə keçiriləcək sülh sammiti də müzakirə olunub. Prezi­dent Zelenski vurğulayıb ki, sülh sammi­tinə mümkün qədər çox ölkə cəlb etmək lazımdır və bu məsələdə Kiyev ABŞ-dan kömək gözləyir.

Dövlət katibi Entoni Blinken isə bildi­rib ki, Ukraynaya böyük həcmdə yardımın gələcək və bu da döyüş meydanındakı vəziyyəti dəyişəcək: “Biz hamımız sizin hədsiz dözümlülüyünüzə, təmkinliyinizə, gücünüzə və liderliyinizə heyranıq. Bilirik ki, indi çətin vaxtdır, lakin onu da bilirik ki, kömək yoldadır, bəziləri artıq gəlib və daha çoxu yoldadır. Döyüş meydanında davam edən Rusiya təcavüzü ilə müba­rizədə fərq yaradacaq və biz Ukraynanın bir çox digər tərəfdaşları ilə birlikdə sizin döyüş meydanında uğur qazanmağınızı təmin etməyə qərarlıyıq”. Dövlət katibi əlavə edib ki, ABŞ tərəfdaşları ilə birlikdə vaxt keçdikcə Ukraynanın hərbi, iqtisadi və demokratik baxımdan möhkəm ayaq üstə duracağına inanır. Onun sözlərinə görə, çiçəklənən güclü, uğurlu, azad Uk­rayna “Rusiya prezidenti üçün mümkün olan ən yaxşı hökm olacaq”. 

Bundan başqa, E.Blinken əmin edib ki, Birləşmiş Ştatlar sadiq tərəfdaşdır və bundan sonra da belə olacaq: “Qeyd et­diyiniz kimi, qarşıdakı aylarda qarşımıza çıxacaq bir sıra kritik məsələlər var. Biz bir çox digər tərəfdaşlarla birlikdə növbəti ayların uğurlu olmasına, qarşıda duran çağırışların öhdəsindən gəlməyə əmin olmaq istəyirik”.

Hərbi mütəxəssislər də bildirirlər ki, hazırda Ukraynaya təcili havadan müda­fiə sistemləri lazımdır. Kiyev xüsusilə də “Patriot” zenit-raketlərinə üstünlük verir. Ancaq Avropada da bu sistemdən azdır. Almaniya kansleri Olaf Şolts da son açıq­lamasında bunu etiraf edir. Bununla belə, rəsmi Berlin iki ədəd “Patriot” sisteminin Kiyevə verildiyini açıqlayıb. “Patriot” sis­temlərindən əlavə, Ukrayna döyüş tank­ları, çoxsaylı buraxılış raket sistemləri və digər ağır texnikalar alır. Cənab Şolts Berlinin çağırışı ilə bir sıra ölkələr artıq yeni təchizat elan edib. Eyni zamanda Almaniya kansleri etiraf edib ki, hələlik Ukraynaya silah vermək istəyənlər çox deyil. Onun sözlərinə görə, bu, üzücüdür, çünki Ukrayna qoşunlarına təcili olaraq daha çox hava hücumundan müdafiə sistemləri lazımdır. 

Xatırladaq ki, ötən həftə Avropa İtti­faqı Ukraynaya təhlükəsizlik zəmanət­lərinin verilməsinə dair sənəd layihəsini razılaşdırıb. O, Kiyevə siyasi, hərbi və iqtisadi yardım nəzərdə tutur, lakin Aİ əsgərlərinin münaqişədə iştirakını istisna edir. Eyni zamanda sənəd ittifaqın ay­rı-ayrı üzv ölkələrinin Ukrayna ilə əvvəllər imzaladıqları “təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli sazişlər kimi hüquqi cəhət­dən məcburi olmayan” öhdəliklərə istinad edir.

S.ELAY
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
xalqqazeti.az

1Mənbələr