AZ

Qalmaqal böyüyür: "Efirdə başqa cür danışır" 

“Mən Şəbnəm xanımla həyatda cəmi 3 dəfə rastlaşmışam”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova “Rəngarəng səhər” verilişində deyib.

Küsüslü həmkarı Şəbnəm Tovuzludan danışan Vəfa Şərifova onun efirlərdə və real həyatda fərqli danışdığını bildirib:

“Bir dəfə restoranda, bir dəfə toyda, bir dəfə uşağının toyuna çağırmışdı, getmədim, uşağına hədiyyə apardım. Həyatda 3 dəfə qarşılaşmışıq, bir neçə dəfə də telefonda danışmışıq. Bizim o qədər də əlaqəmiz olmayıb. O, efirlərdə başqa cür danışır. İki dəfə salam vermək səmimiyyət, dostluq deyil”.

Qeyd edək ki, Vəfa Şərifova və Şəbnəm Tovuzlu illərdir küsülüdürlər. Onlar bir neçə ay öncə yenidən qalmaqal yaşayaraq münasibətlərini ən son həddə çatdırıblar.

Ziyafət Əlisoy 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
bakivaxti.az

1Mənbələr