AZ

Azərbaycanda şəkər BAHALAŞA BİLƏR - VİDEO

Azərbaycanda şəkər BAHALAŞA BİLƏR - VİDEO

Rusiya şəkər ehtiyacını müvəqqəti dayandırıb. Məhdudiyyət bu ilin avqustunadək qüvvədə olacaq. Bəs Rusiyanın bu addımı Azərbaycan bazarına necə təsir edəcək? Ölkədə şəkərin qiyməti qalxa bilərmi?

Sonxeber.az xəbər verir ki, problem ilə bağlı Rəşad Həsənov "Xəbər Ertəsi"nə açıqlama verib. O bildirib ki, Azərbaycanda şəkər istehsal edilsə də xammalın böyük bir hissəsi xaricdən gətirilir:

"Bu məhdudiyyət dünya bazarlarında şəkərin qiymətinə təsirsiz keçməyəcək. Eyni zamanda artım üçün təzyiq yaranacaq. Nəzərə almaq lazımdır ki, xüsusilə Azərbaycan bazarında şəkərə əsas təlabat yay aylarında formalaşır. Hansı ki, bu məhdudiyyətin tətbiq edildiyi bir dövrdür. Həmin dövrlərdə daxili bazarlar və dəyər zəncirində müəyyən fasilələrin yaranması səbəbindən qıtlıq və qiymət artımları müşahidə edilir. Hər iki təzyiq ilə görünən ondan ibarətdir ki, bu yay Azərbaycanda şəkərin qiyməti əvvəlki dövrlər ilə müqayisədə daha yüksək olacaqdır".

Ekspertin sözlərinə görə, bazarda qıtlığın yaranması ilə bağlı ajiotaj yaranmasa böyük qiymət artımları olmaz. Amma əksi baş versə, sərt qiymət artımları müşahidə edilə bilər.

Ətraflı "Xəbər Ertəsi"min süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
sonxeber.az

1Mənbələr