AZ

Iqtisadiyyatın neçə rəngi var? - TƏHLİL

 

Hər materiyanın olduğu kimi, hər iqtisadiyyatın da öz rəngi var. Məsələn,Qara iqtisadiyyat , yaşıl iqtisadiyyat, qəhvəyi iqtisadiyyat və sair.

Bəs, iqtisadiyyatın neçə rəngi var?

Məsələ ilə bağlı  News365.az  -a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirdi ki, iqtisadiyyatın 10 rəngi var:

“Artıq gündəm olduğu üçün hamı yaşıl iqtisadiyyatı nə olduğunu bilir. Digərləri  haqqında silsiləli olaraq yazacam. Mənim sevdiyim iqtisadiyyat bənövşəyi iqtisadiyyatdır. Buna görə də ilk öncə bənövşəyi iqtisadiyyatdan başlayıram.

Bənövşəyi iqtisadiyyat - insanların həyat keyfiyyətini yaxşılaşdıran müxtəlif sosial məsələləri əhatə edən iqtisadiyyata multidissiplinar yanaşmadır. Bura təhsil, səhiyyə və digər sosial istiqamətlər üzrə qayğı fəaliyyətləri və xidmətləri daxildir. Bənövşəyi iqtisadiyyat uşaqlar, qocalar və əlillər kimi həssas qrupların maraqlarını müdafiə edir. İnsan kapitalını dəstəkləyir, mədəni yüksəlişi stimullaşdırır, həyat balansına diqqət yetirir.

Ən qorxulusi isə Qara iqtisadiyyatdır ki, onu da dörd əsas kateqoriyaya bölmək olar.

1. Qeyri-qanuni İqtisadiyyat – qanunları pozmaqla (xüsusi cinayət xarakterli) həyata keçirilən iqtisadi fəaliyyətlər

2. Qeyri-rəsmi İqtisadiyyat – məsrəflərdən yan keçən və qanunlarda və inzibati qaydalarda nəzərdə tutulan fayda və hüquqlardan kənarlaşdırılan iqtisadi fəaliyyətlər.

3. Qeydə alınmayan iqtisadiyyat – dövlət statistika orqanlarının hesabat tələblərini müəyyən edən institusional qaydaları pozan, məlumatların toplanmasında praktiki çətinliklərə görə qəsdən məlumatın gizlədildiyi fəaliyyət

4. Hesabatsız İqtisadiyyat – Masa altında görülən işlər və vergiyə cəlb olunmayan şəxsi əməliyyatlar və ümumiyyətlə vergi məcəlləsində kodlaşdırılmış institusional fiskal qaydalardan yayınan əməliyyatlar.

Bu Qara iqtisadiyyat hansı ölkədə geniş yayılmışsa, həmin ölkə nəinki qəti inkişaf edə bilməz, o fəlakətə sürüklənər. Digərlərinə növbəti dəfə toxunacam”.

İlhamə Qiyas, News365.az  


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
news365.az

1Mənbələr