AZ

Qəzzada daha 8 dinc sakin həlak olub - Yaralılar var

Qəzzada daha 8 dinc sakin həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi olan WAFA məlumat yayıb.

Məlumata görə, İsrail bu gecə Qəzza zolağının müxtəlif bölgələrinə hava, dəniz və qurudan zərbələr endirib: "Bununla bərabər, 3 ev qəsdən bombalanıb. Nəticədə ikisi uşaq olmaqla 7 fələstinli ölüb, 9 nəfər yaralanıb. İsrail PUA ilə Cibaliya əl-Beleddə Köhnə Qəzza küçəsində toplanan bir qrup dinc fələstinliyə də zərbə endirib. Bu zərbə zamanı isə 1 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb".

Tahir Şəlvəli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
mia.az

1Mənbələr