AZ

“OpenAI”nin həmtəsisçisi İlya Sutskever şirkətdən ayrılır

“OpenAI”nin elmi direktoru və həmtəsisçisi İlya Sutskever şirkətdən ayrıldığını bildirib. Sem Altmanın sözlərinə görə, cənab Sutskeverin yerini şirkətin elmi tədqiqatlar üzrə direktoru Yakub Paçotskki tutacaq.

“Təxminən on ildən sonra OpenAI-dən ayrılmaq qərarına gəldim. Birgə işləmək mən üçün böyük şərəf və imtiyaz idi”, – deyə Sutskever söyləyib.

İlya Sutskever 1984-cü ildə Nijni Novqorodda anadan olub. 1991-ci ildə ailəsi ilə birlikdə İsrailə mühacirət edib, sonra isə Kanadaya köçüb. 2013-cü ildə cənab Sutskever dərin neyron şəbəkələrinin inkişafı üzrə ixtisaslaşmış “DNNresearch Inc” şirkətinin yaradıcılarından biri olub. Həmin il şirkət “Google” tərəfindən satın alınıb ​​və mütəxəssis “Google Brain”də işləməyə davam edib. 2015-ci ildə İlya Sutskever İlon Mask, Sem Altman və Piter Til ilə birlikdə “OpenAI”nin yaradıcısı olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
banker.az

1Mənbələr